9 mart 2024 at 17:07
Jurnalist kodu: 5487
Xəbər kodu: 85413258
T T
0 Persons

Tags

İran liderinin hərbi məsələlər üzrə müşaviri: Biz yalnız milli iqtidarla ölkəmizin haqqını müdafiə edə bilərik

Tehran - İRNA - Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu məsələləri üzrə müşaviri bildirib ki, regional və beynəlxalq hadisələri nəzərdən keçirərək, biz qəti nəticəyə və bu qənaətə gəldik ki, müasir dünyada qəddar və zalım güclər iqtidar dilindən başqa heç bir məntiqə bələd deyillər. Bu gün biz özümüzün və ölkəmizin haqlarını və hüquqlarını yalnız milli güc və iqtidarla müdafiə edə bilərik.

Ali Baş Komandanın ordu məsələləri üzrə müşaviri briqada generalı Əmir Hatəmi Hərbi Hava Qüvvələrinin şəhid general-leytenantı Əli Səyyad Şirazinin nailiyyətlərinin sərgisini ziyarət edərkən sözügedən qüvvələrin komandirləri, rəisləri və yüksək rütbəli rəsmiləri qarşısında bildirib ki, İslam İnqilabı sayəsində inkişafın, yüksəlişin, sanksiyaları zərərsizləşdirməyin və Ordunun HHQ-nin iqtidarının şahidi olduq. O, dedi: Bu gün biz HHQ-nin döyüş hazırlığı faizinin qəbul olunan səviyyəyə çatdığının şahidi oluruq. HHQ-nin əsas ehtiyacları olan gecəgörmə avadanlığı ilə təchiz olunmaq, yeni və uzaqmənzilli raketlərlə silahlanma kimi innovativ və yaradıcı işlər ordu komandanlığı strukturunun himməti və iradəsi ilə həyata keçirilib.

Əmir Hatəmi sionist rejimin işğal olunmuş ərazilərdə, xüsusilə də Qəzzada törətdiyi cinayətlərə toxunaraq davam etdi: Təəssüflər olsun ki, insan haqları iddiasında olan ölkələr bir-birinin ardınca atəşkəsi bərpa etmək və hər gün artmaqda olan Qəzza xalqının qətliamının qarşısını almaq üçün Təhlükəsizlik Şurasının qətnamələrinə həyasızcasına veto qoyurlar. Bu davranışları ilə onlar özlərinin Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların şəxsiyyətlərini, səlahiyyətini və etimadını məsxərəyə qoyublar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .